Medianews.az
Putin və Zelenski Ərdoğanın çağırışına
90 baxış

Putin və Zelenski Ərdoğanın çağırışına niyə CAVAB VERMİR?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Ankaranın Rusiya–Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanmasına töhfə verməyə hazır olduğunu açıqlayıb. Ancaq bu təkliflərə hələlik nə Rusiya Prezidenti Vladimir Putin, nə də Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən hər hansı rəsmi münasibət bildirilib. Bəs Moskva və Kiyev Ərdoğanın sülh təşəbbüslərinə niyə cavabsız qalır? Ankara illərdir davam edən bu müharibənin sona çatmasında real vasitəçi ola bilər?

Politoloq Samir Hümbətov Metbuat.az-a açıqlamasında bildirib ki, Taxıl koridoru ilə bağlı tərəflər arasında razılaşma əldə olunmuşdu və müəyyən müddət icra da edildi. Hazırda isə Prezident Ərdoğanın əsas təklifi münaqişənin tam şəkildə dayandırılmasına yönəlib:

“Lakin məncə, Qərb ölkələri Ukraynaya təzyiq göstərməsə və Rusiya da Ukrayna ilə bu məsələ üzrə eyni formada razılığa gəlsə, ciddi problem yaranmaz və müəyyən nəticə əldə etmək olar. Bu, münaqişənin kökündən tam həlli olmasa da, ən azı döyüşlərin və itkilərin dayandırılması, yaxud indiki vəziyyətin dondurulması ilə nəticələnə bilər. Çünki bu şəkildə davam edən münaqişə gələcəkdə daha böyük qarşıdurmalara yol aça bilər”.

S.Hümbətovun fikrincə, əsas məqam odur ki, Ukraynaya Qərbin basqısı olmadığı təqdirdə proses irəliləyə bilər, əks halda bu, artıq ciddi problemlər yarada bilər.

Bizə qoşulun