Medianews.az
Limitlər ləğv olunur... -
143 baxış

Limitlər ləğv olunur... - Önəmli AÇIQLAMA

Azərbaycanda qaz və elektrik enerjisi üzrə tətbiq olunan limit sistemi uzun illərdir ki, əhalinin ödəniş mexanizminin əsasını təşkil edir. Bu sistem istehlak həcminə görə diferensial tariflərin tətbiqini nəzərdə tutur və əsas məqsəd enerjidən səmərəli istifadənin təşviq edilməsi, eyni zamanda sosial balansın qorunmasıdır.

Qaz və işıq limitlərinin necə hesablanması və hansı qaydada yenilənməsi isə cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır.

Bununla bağlı NOCOMMENT.az-a danışan iqtisadçı Natiq Cəfərli uzun müddətdir ki, qaz və elektrik enerjisi üzrə tətbiq olunan limitli tarif sisteminin ləğv edilməsinin daha məqsədəuyğun olduğunu bildirir.

Onun fikrincə, mövcud limit mexanizmi enerjidən istifadəyə nəzarət etsə də, real bazar prinsiplərinə uyğun deyil və əhali üçün əlavə anlaşılmazlıq yaradır.

İqtisadçı hesab edir ki, vahid və şəffaf tarif modeli həm istehlakçılar, həm də enerji sektoru üçün daha sərfəli ola bilər:

“Hazırda qaz istehlakı illik limitlər əsasında hesablanır və il ərzində istifadə olunan ümumi qaz həcmi mərhələlər üzrə bölünərək fərqli tariflərlə ödənilir. İllik 1200 kubmetrə qədər olan istehlak güzəştli tariflə, 1200–2500 kubmetr arası daha yüksək tariflə, 2500 kubmetrdən yuxarı hissə isə ən baha tariflə hesablanır. Bu sistem ailələrin faktiki ehtiyaclarını hər zaman düzgün əks etdirmir və xüsusilə qazla isidilən evlər üçün əlavə maliyyə yükü yaradır.

Bizə qoşulun