Medianews.az
Bu sahədə maaşlar ARTDI -
126 baxış

Bu sahədə maaşlar ARTDI - 2045 manat oldu

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 864 manat təşkil edib.

Medianews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 597 manat, özəl sektorda isə 2 045 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12 %, o cümlədən dövlət sektorunda 8,9 %, özəl sektorda isə 13,2 % artıb.

Bizə qoşulun