Medianews.az
Naxçıvanda avtomobillər toqquşdu:
68 baxış

Naxçıvanda avtomobillər toqquşdu: Dörd nəfər xəsarət aldı

Naxçıvan şəhərində baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb.

Medianews.az  "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvn şəhərinin Əziz Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, "Hyundai" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində Süleyman Bəylərov, İlkin Məmiyev, Ceyhun Talıbov, Səməd Bilalov xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, fakt araşdırılır.

Bizə qoşulun