Medianews.az
Məşhur müğənni turne heyətinə 197 milyon dollar
57 baxış

Məşhur müğənni turne heyətinə 197 milyon dollar bonus payladı - VİDEO

Məşhur müğənni Taylor Svift “Eras Tour” dünya turnesi çərçivəsində birgə çalışdığı heyət üzvlərinə ümumilikdə 197 milyon dollar məbləğində bonus verib.

Medianews.az xəbər verir ki, bu addım turne zamanı çalışan yüzlərlə əməkdaşın böyük marağına və sevincinə səbəb olub.

Məlumata görə, rekordlar qıran turnenin uğurunda payı olan əməkdaşlara bonuslar təşəkkür və məmnunluq əlaməti olaraq təqdim edilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Taylor Sviftin pul dolu zərfləri şəxsən heyət üzvlərinə təqdim etdiyi, zərflər açıldıqdan sonra isə duyğulu anların yaşandığı görülür.

Bonusdan assistentlər, xoreoqraflar, saç-makiyaj və kostyum üzrə mütəxəssislər, prodüksiya heyəti, işıq və səs texnikləri, rəqqaslar, mühafizəçilər, eləcə də sürücülər və texniki işçilər yararlanıb.

Medianews.az

Bizə qoşulun