Medianews.az
Əsgər yoldaşını güllələdi,
2,159 baxış

Əsgər yoldaşını güllələdi, sonra da...

Rusiyada müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər yoldaşını güllələyərək intihar edib.

Lent.az bildirir ki, hadisə Moskva vilayətində yerləşən hərbi hissələrdən birində baş verib.

Müddətli həqiqi hərbi xidmət keçən əsgər xidmətdə olan müqaviləli hərbçini tabeliyində olan silahla güllələyib. Hadisədən sonra əsgər intihar edib.

Bu məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyinin nümayəndələri rəsmi şəkildə təsdiqləyiblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

Bizə qoşulun