Medianews.az
Donald Trampın reytinqi 40 faizə düşüb
919 baxış

Donald Trampın reytinqi 40 faizə düşüb

“İpsos” tədqiqat şirkəti ABŞ prezidenti Donald Trampın reytinqini açıqlayıb.

Medianews.az xəbər verir ki, oktyabrın 24-dən 26-dək 1018 amerikalı arasında keçirilmiş rəy sorğusuna görə, respondentlərin cəmi 40 faizi dövlət başçısının fəaliyyətindən razıdır. Bu, Donald Trampın ikinci prezidentlik dövrünün ən pis göstəricisidir.

Sorğuya qatılanların 63 faizi prezidentin iqtisadi siyasətindən narazı olduğunu ifadə edib.

1946-cı il təvəllüdlü Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı ilin prezident seçkisində Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb, 2020-ci ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Cozef Baydenə yenilərək 2021-ci il yanvarın 20-də postunu tərk edib.

2024-cü ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Kamala Harrisi udan Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun