Bakı-Quba avtomobil yolunda zəncirvari qəza olub.
Medianews.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə zamanı "Kia", "Opel" və "Changan" markalı avtomobillər toqquşub.
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.