İngiltərənin Leyçesterşir bölgəsində 13 yaşlı Tiqan Jarman sosial şəbəkələrdə yayılan “chroming” adlı təhlükəli trendin qurbanı olub.
Medianews.az xəbər verir ki, bu trend evdəki kimyəvi maddələri spreylə və ya oxşar vasitələrlə buxarlandırıb qoxulamaq və qısa müddətə bihuş olmaqdan ibarətdir.
Tiqan Jarman da belə bir metoddan istifadə edib. Yeniyetmə otağında huşsuz vəziyyətdə tapılıb. Həkim yardımına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, internetdə yayılan bu cür tendensiyalar tənəffüs yollarını zədələyə, ürək ritmini poza və qəfil ölümə səbəb ola bilər. Valideynlərə uşaqlarla açıq danışmaq, bu riskləri aydın izah etmək tövsiyə olunur.
“Chroming” daha çox məhz yeniyetmələr arasında yayılıb.
Medianews.az
