Medianews.az
Keçmiş prezident xəstəxanaya yerləşdirildi -
121 baxış

Keçmiş prezident xəstəxanaya yerləşdirildi - Bu ölkədə

Argentinanın ev həbsində olan keçmiş prezidenti Kristina Fernandes de Kirşner qarın nahiyəsindəki ağrı səbəbilə xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər verir ki, bu barədə "La Nacion" qəzeti mənbələrə istinadən xəbər verir.

Xəstəxanada Fernandes de Kirşnerə appendisit diaqnozu qoyulub. O, əməliyyat edilib.

Qeyd edək ki, Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrınadək Argentina prezidenti postunu tutub. 2022-ci ilin dekabrında məhkəmə onu Santa-Krus əyalətində infrastruktur layihələrinin həyata keçirilməsində korrupsiya işinə görə altı il həbs cəzasına məhkum edib.

Bizə qoşulun