02.06.2025, 08:19
116 baxış
Lamiyə
Qadın yerin altından çıxaraq insanları qorxudub
Filippinin paytaxtında gənc qadın küçədəki kanalizasiyadan çıxaraq ətrafdakıları qorxudub.
Medianews.az xəbər verir ki, hadisə mayın 26-da Manilanın biznes rayonunda baş verib.
Uzun, dolaşıq saçları palçığa bulaşmış qız qəfildən lyukdan sürünərək çıxıb. Bu zaman küçə fotoqrafı Uilyam yaxınlıqda olub və qızı kameraya çəkə bilib. Şahidlərin sözlərinə görə, o, ona gülümsəyib və daha sonra hərbi geyimli bir şəxs ona yetişmək istəyərkən qaçıb.
Fotoları sosial media hesabında yerləşdirən Uilyam qeyd edib ki, kanalizasiya lyukunun qeyri-adi dərəcədə böyük olub. Ertəsi gün şəhər işçiləri dəliyi möhürləsələr də, yeraltı tunelin hara apardığını deyə bilməyiblər.
Manilanın kanalizasiya sistemləri tez-tez evsizlər üçün sığınacaq kimi istifadə olunur. 14 milyon əhalisi olan bir metropolda 3 milyona yaxın evsiz var, onların çoxu zorakılıq və istismarın qurbanıdır.
Medianews.az