02.06.2025, 12:38
534 baxış
Azad
Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə ÇAĞIRIR
İyunun 2-5-də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.
Medianews.az bildirir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlumatda deyilir: “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.
Medianews.az