22.05.2025, 14:46
107 baxış
Nailə
Almaniya kansleri İsrail diplomatlarının qətlinə reaksiya verdi
Almaniya kansleri Fridrix Merts Vaşinqtondakı Yəhudi Muzeyinin yaxınlığında iki israilli diplomatın öldürülməsini pisləyib.
Oxu.Az-ın xəbərinə görə, o, öz "X" hesabında müvafiq paylaşım edib.
"Bu mərhələdə biz antisemit motivlərin olduğunu ehtimal etməliyik. Mən bu iyrənc aktı ən sərt şəkildə qınayıram", - deyə o paylaşımda bildirilib.
Fridrix Merts İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsi xəbərindən şoka düşdüyünü bildirib.
O, diplomatların ailələrinə başsağlığı verib.