15.05.2025, 11:27
114 baxış
Lamiyə
Nəhəng kərtənkələ körpənin başını dişlədi
Taylandda kərtənkələ yeni doğulmuş uşağı parçalayaraq öldürüb.
Medianews.az xəbər verir ki, Samut Prakan şəhərinin sakinləri ağzında körpəni daşıyan nəhəng kərtənkələni gördükdən sonra xilasediciləri çağırıb.
Hadisə yerinə gələn mütəxəssislər heyvanın uşağın başını dişlədiyini və daha sonra meyitlə birlikdə evin altında gizləndiyini müəyyən ediblər.
Ovunu kərtənkələdən almaq mümkün olmayıb. Qalıqlar ekspertizaya göndərilib. Heyvanın vurduğu ziyandan körpənin cinsini yerində müəyyən etmək mümkün olmayıb. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Yerli sakinlər yeni doğulmuş uşağı kiminsə yolun kənarında qoya bilər.
Medianews.az