Medianews.az
Avtomobil ağaca çırpıldı: Ata həlak oldu, 9 yaşlı oğlu isə...
123 baxış

Avtomobil ağaca çırpıldı: Ata həlak oldu, 9 yaşlı oğlu isə...

Aprelin 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində avtoqəza baş verib. Oxu.az xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində xəsarət alan sürücü çatdırıldığı xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bizə qoşulun