Bakıda soyuqdur, külək əsir, yağış yağır. Amma Milli Hidrometeorologiya Xidməti bu ay Bakıda orta aylıq temperaturun əsasən iqlim normasına yaxın olacağını xəbər verib. 2025-ci ilin aprelində Bakıda havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı bildirilib.
Bəs əvvəlki illərdə aprel ayında Bakıda hava necə keçib?
Medianews.az ötən əsrin 70-ci illərindən bəri Bakıda apreldə orta aylıq temperaturun necə olduğunu araşdırıb. Sayt bu məqsədlə Milli Hidrometeorologiya Xidmətinin müxtəlif illər üzrə təqdim etdiyi məlumatları toplayıb.
Medianews.az bildirir ki, 1971-ci ildən bəri aprel ayında Bakıda havanın orta temperaturu belə olub:
1971-ci il - 10.7 dərəcə isti
1972-ci il - 13.6 dərəcə isti
1973-cü il - 12.9 dərəcə isti
1974-cü il - 10.6 dərəcə isti
1975-ci il - 14.9 dərəcə isti
1976-cı il - 12.9 dərəcə isti
1984-cü il - 11.5 dərəcə isti
1985-ci il - 12.1 dərəcə isti
1986-cı il - 14 dərəcə isti
1987-ci il - 9 dərəcə isti
1988-ci il - 12.9 dərəcə isti
1989-cu il - 13.4 dərəcə isti
1990-cı il - 12.2 dərəcə isti
1991-ci il - 12.6 dərəcə isti
1992-ci il - 10.8 dərəcə isti
1993-cü il - 11.3 dərəcə isti
1994-cü il – 13 dərəcə isti
1995-ci il - 13.7 dərəcə isti
1996-cı il - 9.6 dərəcə isti
1997-ci il - 12.1 dərəcə isti
1998-ci il - 13.5 dərəcə isti
2000-ci il - 15.5 dərəcə isti
2004-cü il - 11-12 dərəcə isti
2007-ci il - 10-12 dərəcə isti
2008-ci il - 13-15 dərəcə isti
2010-cu il - 12-14 dərəcə isti
2011-ci il - 9-11 dərəcə isti
2016-cı il - 11-14 dərəcə isti
2019-cu il - 11-14 dərəcə isti
2020-ci il - 11-13 dərəcə isti
2021-ci il - 13-16 dərəcə isti
2022-ci il - 11-14 dərəcə isti
2023-cü il - 11-13 dərəcə isti
2024-cü il - 10-12 dərəcə isti.
Toğrul Əli,
Medianews.az