21.02.2025, 07:56
132 baxış
Azad
Qarlı havaya görə xəsarət alanların sayı açıqlanıb: 2 nəfər əməliyyat olunub
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. İki nəfərə cərrahi müalicə tətbiq olunub.
Paylaş: