Medianews.az
“Neftçi”-“Qarabağ” oyunu: <span style=color:red>meydana yad cisim atıldı, futbolçu başını tutaraq yerə yıxıldı
282 baxış

“Neftçi”-“Qarabağ” oyunu: meydana yad cisim atıldı, futbolçu başını tutaraq yerə yıxıldı

Misli Premyer Liqasının 23-cü turunun “Neftçi” - “Qarabağ” matçında (0:1) gərgin anlar yaşanıb. QOL.az xəbər verir ki, matçın 89-cu dəqiqəsində “Qarabağ”ın penaltidən vurduğu qoldan (Marko Yankoviç) sonra futbolçular arasında gərgin anlar yaşanıb. Hər iki komandanın oyunçuları arasında möhkəm mübahisə yaranıb.Həmin vaxt “Neftçi” azarkeşlərinin yer aldığı sektordan isə meydana yad cisim atılıb. Bu zaman “Qarabağ”ın futbolçu Kadi Borges başını tutaraq yerə yıxılıb. Dərhal meydana Ağdam klubunun həkimləri daxil olub. Lakin Kadi ciddi xəsarət almayıb və oyunu davam etdirib.

Bizə qoşulun