10.02.2025, 07:01
132 baxış
Lamiyə
Məktəbli kanalizasiya lyukuna düşərək ÖLDÜ
Rusiyanın Xabarovsk şəhərində yeddi yaşlı məktəbli kanalizasiya lyukuna düşərək ölüb.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Xabarovsk diyarı üzrə mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Prokurorluq araşdırma təşkil edib.
Medianews.az