Medianews.az
Niyə şizofreniya halları artıb? - <span style=color:red>Alimlər deyirlər ki, bunun yalnız bir səbəbi var....
332 baxış

Niyə şizofreniya halları artıb? - Alimlər deyirlər ki, bunun yalnız bir səbəbi var....

Şizofreniya, fərdlərin reallığı anormal şəkildə şərh etdiyi ciddi psixi pozğunluq, tez-tez halüsinasiyalar, mənasız davranışlar və təsirli ünsiyyətin pozulması kimi simptomlarla özünü göstərir. Son illərdə şizofreniya hallarının artdığını bildirən kanadalı elm adamları, bu artımın səbəbinin marixuana istifadəsi olduğunu irəli sürdülər. Medianews.az NTV-yə istinadən xəbər verir ki, Ottava Universiteti tərəfindən aparılan bir araşdırma, şizofreniya hallarının artmasının marixuana istifadəsi ilə əlaqəli ola biləcəyini açıqlayıb. Kanadalı tədqiqatçılar 2015-ci ildə marixuananın leqallaşdırılmasından sonra şizofreniya hallarında nəzərəçarpacaq artım olduğunu qeyd ediblər. Bu artım cəmi iki onillikdə 4 faizdən 10 faizə yüksəlib. Mütəxəssislər, marixuana istifadəsinin şizofreniya simptomlarını pisləşdirdiyini və marixuananın getdikcə daha böyük bir ictimai sağlamlıq probleminə çevrildiyini söyləyirlər. "Son 17 ildə marixuana istifadəsi pozğunluğu ilə əlaqəli şizofreniya hallarının üç dəfə artması, xüsusilə gənc əhali üçün profilaktik strategiyaların həyata keçirilməsinə təcili ehtiyac olduğunu göstərir" deyən Dr. Daniel Myran bu riskin kişilərdə daha çox olduğunu bildirib. Marixuanadan tibbi məqsədlər üçün istifadə təxminən yeddi il əvvəl Böyük Britaniyada qanuniləşdirilib, lakin bu, yalnız ciddi qaydalar altında və məhdud sayda xəstələr üçün mövcuddur. Kanadada tibbi marixuana 2015-ci ildə, qeyri-tibbi istifadə isə 2018-ci ildə qanuniləşdirilib. 2006-2022-ci illər arasında aparılan araşdırmalarda Kanadanın Ontario əyalətində təcili yardım xidmətlərinə müraciət edən 14-64 yaş arası şəxslərin sayı izlənilib. Tədqiqat, marixuana istifadə pozğunluğu olan 10,583 nəfərin 9 faizində şizofreniya inkişaf etdirdiyini, marixuana istifadə etməyənlər arasında isə yalnız 0,6 faiz olduğunu göstərdi. JAMA Network Open jurnalında dərc edilən araşdırma, Ontarioda sirrdən qaynaqlanan psixoz və asılılıq üçün xəstəxanaya müraciətlərin artdığını müəyyən etdi. Marixuananın aktiv maddələrindən biri olan THC beynin əhval-ruhiyyə, diqqət və yaddaşla əlaqəli sahələrinə təsir edərək dopamin ifraz edir. Uzunmüddətli və müntəzəm istifadə ilə bu siqnallar pozula bilər və psixiatrik xəstəlik riski arta bilər. Araşdırmalar göstərir ki, marixuana istifadəsi şizofreniya, yuxusuzluq, sosial narahatlıq pozuqluğu və intihar düşüncələri də daxil olmaqla ciddi psixi sağlamlıq problemlərinə səbəb ola bilər. Şizofreniyanın dəqiq səbəbləri hələ də tam aydınlaşdırılmasa da genetik faktorlar, beyin kimyasındakı anormallıqlar, immun sistem pozğunluqları onun inkişafına səbəb olan amillərdəndir. Şizofreniya adətən 16-30 yaşları arasında başlayır və halüsinasiyalar, qarışıq düşüncələr və sosial təcrid kimi simptomlarla özünü göstərir. Məlumdur ki, dünya əhalisinin təxminən 1 faizində şizofreniya var. Medianews.az

Bizə qoşulun