Medianews.az
İpoteka kreditləri üçün <span style=color:red>limitlər ayrıldı
225 baxış

İpoteka kreditləri üçün limitlər ayrıldı

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Medianews.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq. ADİ ipoteka kreditləri üzrə: 06.02.2025-ci il tarixində saat 10:00-dan. Güzəştli ipoteka kreditləri üzrə: 07.02.2025-ci il tarixində saat 10:00-dan etibarən. Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcəkdir. Qeyd: Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Bizə qoşulun