09.01.2025, 12:48
208 baxış
Lamiyə
Yanğın zamanı ABŞ-də olan məşhur rusiyalı MÜĞƏNNİ - FOTO
Rusiyalı məşhur müğənni və aktyor Aleksey Vorobyov Kaliforniya ştatında baş verən güclü meşə yanğınları səbəbindən Los-Ancelesdəki villasından təxliyə edilib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə instaqramda danışıb.
Sənətçi əvvəlcə əlindəki şlanqlardan istifadə edərək təkbaşına yanğınla mübarizə aparmaq niyyətində olsa da, sonra iti Motsartla birlikdə evi tərk edərək hotelə gedib.
Vorobyov qeyd edib ki, onu narahat edən ev heyvanının rifahı idi.
Paylaş: