Medianews.az
Şamla oynayarkən evi yandırdı: <span style=color:red> 30 nəfər təxliyə edildi - FOTO
139 baxış

Şamla oynayarkən evi yandırdı: 30 nəfər təxliyə edildi - FOTO

Rusiyanın Kostroma şəhərində uşaq şamla oynayarkən mənzili yandırıb. Medianews.az “Daily”yə istinadən xəbər verir ki, hadisə dekabrın 15-i axşam saatlarında baş verib. Yanğınsöndürənlər hadisə yerinə gələndə artıq girişi güclü tüstü bürüyüb və oradan 30 nəfər təxliyə edilib. Yanğın yarım saat ərzində nəzarətə götürülüb. Sonradan məlum olub ki, oğlan mənzillərin birində şam yandırıb şkafın içinə qoymaq qərarına gəlib. Uşağın atası otağa girəndə artıq əşyalar yanırdı. Kişinin etdiyi ilk iş yanğınsöndürənləri çağırıb ailəsini - oğlunu və yaşlı qohumunu küçəyə çıxarmaq olub. Ölən və yaralanan olmayıb.  

Bizə qoşulun