17.12.2024, 07:13
154 baxış
Lamiyə
Acqarına qəhvə içməyin – XƏBƏRDARLIQ
Yeni hazırlanmış meyvə şirəsi və qəhvəni acqarına içmək tövsiyə edilmir.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, rus mütəxəssisləri acqarına istehlak edilməsi tövsiyə edilməyən bir neçə qidanı sadalayıblar.
Həkimlər ilk növbədə acqarına qəhvə içməməyi məsləhət görüblər. Onların sözlərinə görə, içki mədədə artan turşu istehsalını stimullaşdırır ki, bu da mədə yanması, ürəkbulanma və mədə-bağırsaq traktında digər problemlər yarada bilər.
Eyni səbəbdən mütəxəssislər səhərə bir stəkan meyvə içkisi və ya yeni hazırlanmış meyvə şirə ilə başlamamağı tövsiyə ediblər.
Həkimlər acqarına soyuq və ya çox isti içməməyə də məsləhət görüblər. Onların fikrincə, soyuq su həzm sistemini ləngidir və mədədə kramplara səbəb olur. Öz növbəsində çox isti içkilər yemək borusunu zədələyir.
Həkimlər səhər yeməyində ağ çörək, müsli və ya yoqurt yemək vərdişindən imtina etməyi təklif ediblər. “Bunlar sürətli karbohidratlardır. Əvvəlcə qan şəkərinin səviyyəsini kəskin artırırlar, sonra da kəskin şəkildə azaldırlar. Belə sıçrayışlara görə yorğunluq və aclıq hissi yaranır”, - ekspertlər izah edib.
Paylaş: