Medianews.az
Suriyada PKK-nın gizli tuneli aşkarlandı - <span style=color:red>VİDEO
148 baxış

Suriyada PKK-nın gizli tuneli aşkarlandı - VİDEO

Suriya milli ordusu Mənbic şəhərini terrorçulardan azad etdikdən sonra ərazidə dəhşətli mənzərələr ortaya çıxıb. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Məlumata görə, PKK/YPG terrorçuları yerli xəstəxanadan öz çirkin məqsədləri üçün istifadə ediblər. Belə ki, xəstəxana binasının altında terror təşkilatının gizli tuneli aşkarlanıb. Binanın üzərində isə vaxtilə PKK-çıların növbətçi postu qurulub. Bu fakt terrorçuların mülki obyektlərdən necə yararlandığını bir daha təsdiq edir.

Bizə qoşulun