Medianews.az
Qoz-fındığın fayda və zərərli – <span style=color:red>  AÇIQLAMA
172 baxış

Qoz-fındığın fayda və zərərli – AÇIQLAMA

“Qoz-fındıq yuxunu yaxşılaşdıran amin turşuları ilə zəngindir” Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, həkim Yelena Ostrovskaya deyib. Həkimin sözlərinə görə, adı çəkilən çərəzlər yağlarla, liflə, həmçinin mis, marqaneç, bir qədər kalsium və maqneziumla zəngindir. Bundan əlavə, qoz-fındıqların tərkibində damar spazmlarını aradan qaldıran, əzələlərdə və ürəkdə qan dövranını yaxşılaşdıran, serotonin və melatonin istehsalında iştirak edən, əhval-ruhiyyəni və yuxunu yaxşılaşdıran amin turşuları var. Sözügedən məhsula B vitamini daxildir. “Yadda saxlamaq lazım olan əsas odur ki, qoz-fındıq ağır qidadır. Böyük miqdarda onlar həzmi poza bilər. Qıcıqlanmış bağırsaq sindromu, qastrit, pankreatit və digər mədə-bağırsaq xəstəlikləri olan insanlar qoz-fındıqları ehtiyatla qəbul etməlidirlər. Həmçinin qoz-fındıq güclü allergik reaksiyalara səbəb ola bilər”, - deyə həkim qoz-fındığın təhlükələrini sadalayıb. Sonda endokrinoloq vurğulayıb ki, qoz-fındıq düzgün qəbul edildikdə faydalı ola bilər. “Gündə təhlükəsiz qoz-fındıq miqdarı təxminən 30 qramdır. Ancaq pəhrizdə başqa zülal mənbələri azdırsa, qoz-fındıqların miqdarı bir qədər artırıla bilər”, - Ostrovskaya vurğulayıb.

Bizə qoşulun