04.12.2024, 10:25
125 baxış
Lamiyə
Qadın timsahın başına görə CƏRİMƏLƏNDİ
Rusiyanın Novosibirsk şəhərində gömrükçülər Phuketdən timsah başını gətirməyə çalışan qadını saxlayıblar.
Medianews.az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, gömrükçülər yoxlama apararkən turistin çamadanında qurudulmuş sürünən başı aşkar ediblər.
Qadının sözlərinə görə, o, timsah başını Phuketdəki suvenir mağazasından özü üçün alıb. Turist əlavə edib ki, lazımi icazələrdən xəbəri yoxdur.
Nəticədə gömrükçülər timsahın başını götürüblər. Digər hallarla yanaşı, qadına qarşı “Malların bəyan edilməməsi” və “Qadağa və məhdudiyyətlərə əməl etməmə” maddələri ilə iki inzibati iş başlanıb.
Turisti cərimə gözləyir.
Paylaş: