"Vineyard" dini icmasının pastoru Emil Pənahov, kilsə üzvlərindən xalq artisti, məşhur rəqqasə Cəmilə Bayramova, "Həyat Sözü" kilsəsinin pasteri Rasim Xəlilov, Dini qurumlarla iş üzrə sədr müavini Siyavuş Heydərov, aktrisa Nəzakət Məmmədova da tədbir iştirakçıları arasında idi.
Nəzakət Məmmədova 12 ildir ki, İsa Məsihin varlığını, rəbb olduğunu qəbul etdiyini bildirib. O, canlı tanrını Lüteran kilsəsində tapdığını qeyd edib:
"Mən onunla söhbət edirəm, o mənim atamdır, mənə öz məsləhətlərini verir''.
Xanlar Əlibəy,
Aysel Şirinova
Medianews.az
29.08.2022, 11:08
226 baxış
TURAN
Azərbaycanlı aktrisa xristian dinini qəbul etməsindən DANIŞDI: ''O mənim atamdır, mən onunla ...''
"Vineyard" Azərbaycan xristian dini icmasının fəaliyyətinin 9-cu ildönümünə aid tədbir keçirilib.
Medianews.az xəbər verir ki, kilsənin yaranmasının 9 illiyi ilə bağlı keçirilən tədbir əvvəlki illərdən fərqlənərək klassik üslubda deyil, milli üslubda keçirilib.
"Vineyard" xristian cəmiyyətinin kahini Kamran Ağayev kilsəyə maraq göstərənlərin əksəriyyətinin müsəlmanlar olduğunu bildirib. Kamran Ağayev kilsənin yaranma məqsədindən də danışıb:
"İnsanlarda hər gün bir sual yaranır: "Tanrı, sən hardasan?", "Doğrudan mı, sən məni eşidirsən?", "Mən səninlə danışa bilərəm?!" Bir gün elə bir an gəlir ki, sən bu sualların cavabını tapırsan və oradan ayrılmaq istəmirsən.
Kahin "Vineyard" Cəmiyyətinin mahiyyətini də vurğulayıb: '' "Vineyard" anlayışı müqəddəs kəlamda "üzüm bağı" deməkdir. İsa Məsih kəlamlarında deyilir: "Siz üzüm meyvələrisiniz və siz üzüm bağı kimi bolsunuz, faydalısınız''".
Tədbirdə "Vineyard" Azərbaycan xristian dini icmasının incəsənət komandası və ilahi oxuyanlar komandası çıxış edib. Qeyd edək ki, komandanın üzvləri azərbaycanlılardan ibarətdir.