Medianews.az
Kadırov Putinə səsləndi: "Mən sənin yerində olsaydım, Avropadakı dövlətlərə hücum edərdim"
406 baxış

Kadırov Putinə səsləndi: "Mən sənin yerində olsaydım, Avropadakı dövlətlərə hücum edərdim"

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramazan Kadırov təkcə Ukraynanı deyil, digər Avropa dövlətlərini də məğlub etməyə hazır olduqlarını bildirib. Medianews.az xəbər verir ki, Kadırov döyüşməyin onun zövqü olduğunu vurğulayaraq, Avropa xalqlarını ələ keçirməyə çağırıb. Kadırov Rusiyanın işğalını “xalqın rifahı və xoşbəxtliyi uğrunda gedən müharibə” kimi qiymətləndirib və Ukrayna prezidenti Vladimir Zelesnkini təslim olmağa çağırıb. O, həmçinin Qərbin Rusiyaya qarşı sanksiyaları geri götürəcəyini və Putindən üzr istəməli olacağını iddia edib. “Rusiya arxamızdadır. Biz birlikdə çox güclüyük. Biz təkcə Ukraynanı deyil, bütün Avropanı məğlub edəcək qədər güclüyük və bunu edəcəyik. Məndən asılı olsaydı, indi tamamilə dəyərsiz olan bütün Avropa dövlətlərini götürərdim” deyə Çeçenistan lideri bildirib. Qeyd edək ki, Kadırov bu yaxınlarda Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Danışıqlardan sonra verdikləri bəyanatda hər iki tərəf “Ukraynanın nasistlərdən təmizlənməsi prosesinin davam etdiyini” vurğulayıb. Kadırov bundan əvvəl Polşanı açıq şəkildə təhdid etmiş və Ukraynaya dəstək davam etdikcə onların hücumların hədəfi ola biləcəklərini vurğulamışdı. Leyla,Medianews.az

Bizə qoşulun