Medianews.az
Rus politoloq: "Putin öz ölüm hökmünü imzaladı"
1,342 baxış

Rus politoloq: "Putin öz ölüm hökmünü imzaladı"

Putin Stanislav Belkovski: "Vladimir Jirinovski və Gennadi Züqanov - Rusiya siyasətinin əsas fahişələridir" Ukrayna ilə müharibənin başlanmasını şərh edən rusiyalı politoloq Stanislav Belkovski hesab edir ki, Vladimir Putin bununla öz ölüm hökmünü imzalayıb. ANS PRESS-in məlumatına görə, Milli Strategiya İnstitutunun təsisçisi və direktoru, Milli Strategiya Şurasının keçmiş direktoru Stanislav Belkovski bu fikri "Snob" portalında dərc olunmuş köşə yazısında bildirib. Stanislav_Belkovski "Beləliklə, biz Ukraynaya qoşun yeritmək istəyirik. Rusiyanın Qara dəniz donanmasını Amerikanın Bəhreyndə yerləşən 5-ci donanmasının iki-üç raketi ilə məhv etmək olar. Bunun üçün hətta 5-ci donanmanı Qara dəniz hövzəsinə yeritmək lazım deyil, sadəcə düyməni basmaq və raketi buraxmaq yetərlidir. Maraqlıdır, sabah Vladimir Jirinovski və Gennadi Züqanov - Rusiya siyasətinin əsas fahişələri harada olacaq. Çünki fahişəlik peşəkar məşğuliyyətdir, həvəskar iş deyil, onlar anlayan kimi Putinin sonu çatıb, “qarın ağrısına düşəcəklər”. Baxaq, sabah onlar harada olacaqlar - bu, çox önəmli indikatordur", - deyə Belkovski bildirib.

Bizə qoşulun