Medianews.az
Avropanın əsas milli çempionatlarında vəziyyət
910 baxış

Avropanın əsas milli çempionatlarında vəziyyət

Medianews.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb.

İngiltərə çempionatında “Arsenal” 22 xalla liderdir. “Bornmut” 18, “Tottenhem” və “Sanderlend” 17, “Mançester Siti” və “Mançester Yunayted” 16, “Liverpul” və “Aston Villa” 15 xal əldə edib.

İspaniya çempionatında “Real” önə çıxıb: 27 xal. “Barselona” 22, “Vilyarreal” 20, “Espanyol” 18, “Atletiko” və “Betis” 16 xal götürüb.

İtaliya çempionatında “Napoli” və “Roma” 18, “Milan” 17, “İnter” 15, “Bolonya” 14, “Komo” 13 xal yığıb.

Almaniya çempionatında “Bavariya” 24, “Leypsiq” 19, “Ştutqart” 18, “Borussiya” (Dortmund) və “Bayer” 17 xal qazanıb.

Fransa çempionatında PSJ 20, “Lans” 19, “Marsel” və “Lion” 18, “Lill” və “Monako” 17, “Strasburq” 16 xal toplayıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun