Medianews.az
“Apple”ın ilk qatlanan “iPhone”u sızdırıldı
109 baxış

“Apple”ın ilk qatlanan “iPhone”u sızdırıldı Radikal dizayn dəyişiklikləri

“Apple”ın 2026-cı ildə təqdim etməyi planlaşdırdığı iPhone 18 Pro və ilk qatlanan iPhone modeli ilə bağlı yeni məlumatlar yayılıb.

Medianews.az xəbər verir ki, sızan detallara görə, şirkət illərdir qoruduğu simmetrik dizayn xəttindən imtina edərək çıxıntısız və asimmetrik ekran dizaynına keçəcək.

Məlumata əsasən, Face ID sisteminin əsas hissəsi ekran altına yerləşdiriləcək, ön kamera üçün isə ekranın sol yuxarı küncündə kiçik dəlik saxlanılacaq. Bu, “Apple” üçün dizaynda ciddi dəyişiklik kimi qiymətləndirilir.

iPhone 18 Pro modellərində kamera sistemində də yeniliklər gözlənilir. İlk dəfə dəyişən diyafram texnologiyasının tətbiqi planlaşdırılır ki, bu da işıq idarəsini və zəif işıqda çəkilişi xeyli yaxşılaşdıracaq.

Cihazlar TSMC-nin 2 nanometr texnologiyası ilə istehsal olunan A20 Pro prosessoru ilə təchiz ediləcək. Yeni çip süni intellekt performansını artıracaq və batareya ömrünü uzadacaq.

“Apple”ın əsas sürprizi isə “V68” kod adlı ilk qatlanan iPhone olacaq. Kitab tipli dizayna malik bu model qapalı halda 5,3 düymlük, açıq vəziyyətdə isə 7,7 düymlük ekrana sahib olacaq. Xüsusi xüsusi qatlama mexanizmi sayəsində ekranda qat izi görünməyəcək. Nazik gövdə üçün Face ID əvəzinə güc düyməsinə inteqrasiya olunmuş Touch ID-dən istifadə edilə biləcəyi bildirilir.

Medianews.az

Bizə qoşulun