Medianews.az
Bakıda orta maaş: <span style=color:red>dörd rayon liderdir
68 baxış

Bakıda orta maaş: dörd rayon liderdir

Bakı Şəhər Statistika İdarəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Medianews.az bildirir ki, hesabata görə, ilk rübdə paytaxtda sənaye istehsalı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,2 faiz azalıb, kənd təsərrüfatında isə 12,2 faiz artım qeydə alınıb. Sərmayə qoyuluşunda azalma 10,1 faiz göstərilir. Pərakəndə ticarət şəbəkəsinin 4,6 faiz böyüdüyü, ödənişli xidmətlərdən gəlirin 11 faiz artdığı vurğulanır. Üç ayda 6,6 faiz inflyasiyanın rəsmiləşdiyi, qida məhsulları, içkilər və tütün məmulatlarının4,8 faiz, qeyri-qida məhsullarının 5,6 faiz, ödənişli xidmətlərin 10,2 faiz bahalaşdığı xəbər verilir. Məlumata əsasən, martın 1-nə Bakıda muzdlu işçilərin sayı 970 min nəfəri ötüb, onların orta aylıq nominal əməkhaqqı 1303,2 manata çatıb. Dörd rayonda orta maaş göstəricisi daha yüksək olub: Pirallahı – 2308,3 manat, Səbail – 2028,8 manat, Xəzər – 1724,1 manat, Qaradağ – 1582,5 manat. Toğrul Əli,  Medianews.az

Bizə qoşulun