Medianews.az
Kafka stadionda
224 baxış

Kafka stadionda

“Bu kağız sənə yetişən kimi bu xəbəri vətən qardaşlarıma və xüsusən möhtərəm Hacı əmimə yetirəsən ki, ayın yeddisində ya səkkizində şeyx cənablarının pişvazına çıxıb, o pak vücuda layiqincə ehtiram göstərsinlər ki, bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar”

(Mirzə Cəlil, “Ölülər”)

İqtisadçı dostumuz Natiq Cəfərlinin bir, pis çıxmasın, azarı var: Azərbaycanda hansısa absurd hadisəni görəndə özünün facebook divarına yazır ki, gorun çatlasın, Kafka, yerin məlum, Kafka və sairə. Bununla Natiq bəy dahi almandilli çex yazıçısının əsərlərindəki fantaziya gücünə, yaratdığı əcaib-qəraib səhnəciklərə, tipajlara işarə edir. Guya Kafka gəlib bizdəki absurdları görsə heyrətə düşərmiş.
Amma mən hesab edirəm, dostumuz yanılır. Frans Kafka Azərbaycanda doğulsaydı ya Vergilər Nazirliyində müfəttiş işləyib, dükanlardan pul yığıb bəy kefində yaşayardı, ya da ölüsü Rəşad Məcid onu “525-ci qəzet”də korrektor vəzifəsinə təyin edərdi, həftədə bir dəfə də özünün “12 dekabr” hekayəsini oxuyub bezdirərdi, bir gün Kafkanı “Koroğlu” körpüsünün altından ölü tapardıq. Ən yaxşı halda Kafka Azərbaycan Yazıçılar Birliyi Qazax rayon şöbəsinin Astanbəyli kənd özəyinin sədri işləyib saz çalardı. Çünki bizim ölkəmiz heç bir ədəbi düşüncəyə, xəyal gücünə-zada sığışan deyildir.
Hətta Kafka keçmiş cəbhəçi Fazil müəllimin çevrilmə gücünü görüb BQP-yə üzv yazılardı, məşhur hörümçəyini tapdalayıb öldürərdi.
Örnək üçün, dünənki yazımda mən Avropa Oyunlarına görünməmiş yaltaq münasibətimizdən bəhs etmişdim. Axşam isə xəbər lentində gördüm ki, oyunlar münasibəti ilə Bakıya gələn ali qonaqlardan biri Belarus diktatoru Aleksandr Lukaşenkodur. O Lukaşenko ki, Avropaya buraxmırlar, rəsmi embarqo qoyulub, hətta bu səbəbdən 2012-ci il London olimpiadasına da gedə bilməmişdi. Avropanın embarqo qoyduğu adam Avropa oyunlarının açılışına gəlir, sən də Kafkadan danışırsan... Hələ Avropanın üz qarası Bolqarıstan, Monteneqro kimi korrupsioner hökumətlərin nümayəndələrini demirəm. İran və Qırğızıstanın gənclər-idman nazirlərinin qonaq çağırılması da başqa anekdotdur. Elə bil VİP loja doldurmaq yarışı varmış.
Bu arada Avropanın Britaniya, Fransa, Almaniya kimi lotularını da gərək qeyd edək. Avropa Oyunlarında ən çox pul qıranlardan biri ingilislərdir. Tək yarışların təşkilat komitəsində 200-dən çox Britaniya vətəndaşı “işləyir”, müftə Azərbaycan pullarını kisə-kisə, siçovul kimi aparırlar. O cümlədən, yarışın texniki, inventar hissəsinin də böyük hissəsi həmin ingilis-fransız şirkətlərindən alınıb. Ancaq bu namərdlər neylədilər? Yapistlərə əməllicə atdılar. İngiltərə ümumiyyətlə barmağına doladı (“ingilis barmağı” ifadəsi həm də bu cür yaranır), yoxsa açılışa parlament sədrinin köməkçisinin müavini tipində 77-ci dərəcəli bir çinovnik göndərmək nə demək idi? Fransa və Almaniyadan isə qatılan dövlət rəsmisi deyəsən heç yoxdur. Görünür AzTV barıtı çox eləyib, Almaniya tamam dağılıb.
Keçən yazımda qeyd elədiyim ideyanın davamı olaraq yazıram: bəlkə biz Avropanı ümumən boykot edək, Belarus, Rusiya, İran, Qazaxıstan kimi ölkələrlə birləşib özümüzün yeni, postmodernist Avropamızı qayıraq? Putinin Avrasiya İttifaqı bunun rüşeymi ola bilər. Amma adı mütləq Avropa olmalıdır ki, indi bizə ağız büzən avropalılar yanıb tökülsünlər. Biz onlara əsl Avropanı göstərərik.
Bayaq Britaniyalı lotulardan bəhs elədim, bloqqer dostumuz Mehman Hüseynovun aşkarladığı lətifəvari olayı da yazaq. Mehman bəy şəhərdə iki ingilis gənci tutub, danışıb. Bunlar Britaniya boks yığmasının tərkibində gəliblər. Gənclər Mehman bəyə deyib ki, kollecdə oxuyuruq, bir gün direktor gəldi dedi Azərbaycanda yaxşı, müftə yemək-içmək var, arada da çıxıb bir-iki yumruq atarsınız, kim getmək istəyir əlini qaldırsın, biz də gəldik.
Bax, həmin gəncləri Bakı Sənaye-Pedaqoji Texnikumunun Sumqayıt filialında təlim-tədris prosesinə cəlb eləsək he

Bizə qoşulun