“Arşınmalçı mal göstər,
Bir-bir yerə sal göstər.
Göstər-göstər hər nə var,
Qızlar bəzənmək istər".
(Üzeyir Hacıbəyov, “Arşın mal alan”)
Tarixən insanlar anlamadıqları şeyləri müqəddəsləşdirməyə, bütləşdirməyə meylli olmuşlar. Elementar şimşək çaxmasını götürün. Bunun göydəki allahların qəzəb qılıncı olmasını zənn eləməyimiz elə də uzaq tarix deyil.
O səbəbdən, yapistlərin xalqın savadsız, kütbeyin böyüməsinə maraqlı olması təbii qarşılanmalıdır. Nə qədər ki, bizim dünyadan xəbərimiz yoxdur, iki kitab arası açmamışıq, nə özümüz oxuyuruq, nə də uşaqlarımızı öyrədirik - bu müddətdə onlar, həmin yapistlər bizim üçün müqəddəs Hindistan inəyi kimi varlıqlar olacaqlar. Bunu TQDK-nın son imtahan nəticələrindəki biabırçılıq haqda narahat olan bir-iki nəfər üçün yazdım. Onsuz qalanları - həmin imtahanlardan 0-200 bal toplayan böyük kütlə qəzet oxumur.
Belə kütlənin şeyxülislamı olub Avropa Oyunları günlərində Ramazan süfrəsini necə açmaq haqda fətva vermək də asandır. Mən Allahşükür müəllimin həyəcan dolu başqa bir açıqlamasını da oxudum. Hətta təsəvvür edin, Allahın adını çəkmişdi! Deyir, kim Ramazanda iftardan qabaq ölüsünə ehsan versə, ona Allah qənim olacaqdır. Həmçinin hökumət də qənim olacaqmış, çünki Allahşükür müəllim idarəyə tapşırıq veribdir, İqtisadiyyat Nazirliyi ət dükanlarında brüsselyoz axtardığı kimi, Qafqaz Müsəlmanları İdarəsi də iftardan qabaq ehsan məclisi aparan molla və axundları monitorinq edəcəkmiş. Sitat: “Necə ola bilər ki, sən hansısa bir imkanlı, yaxud vəzifəli adamın sözünü guya yerə salmayıb onun belə - iftardan əvvəl açdığı süfrədə iştirak edirsən, amma Allahı nəzərə almırsan? Axı Allah böyükdür! Belə hərəkət etmək isə Allaha qarşı çıxmaq deməkdir”. Şeyxin Allah qəzəbindən axırıncı dəfə haçan danışdığı yadımızdan çıxmışdı, sağ olsun. Az qalmışdı sabitlik əldən getsin.
Sabitliyin əldən getdiyi idarələrdən biri də Xarici İşlər Nazirliyidir. Deyirlər onun hansısa bir diplomatı Avropada oturub Bakıdakı bina yanğını haqda sosial şəbəkədə tənqidi status yazıbmış. Binaya pis üzlük vurub insanları öldürənləri ümumi şəkildə, ad çəkmədən lənətləyibmiş. Amma bu elementar insani davranış belə yapistlərə dəhşətli təxribat kimi görünüb, həmin statusa bəyənmək işarəsi qoyan XİN işçilərini işdən çıxarıblar. Bəlkə tutub ayaqlarından asdılar. Diplomatın özünü isə deyəsən, çıxara bilmirlər, çünki adam beynəlxalq bir qurumun Avropa nümayəndəliyində işləyirmiş. Bu, əslində yapistlərin sosial şəbəkələrə, internetə total və diktatura nəzarətinin daha bir sübutudur. Ölkəmizdə insan azadlığının, söz azadlığının necə axmaq vəziyyətdə olmasını göstərir. Görəsən, Şimali Koreyada da Avropa Oyunları keçirilirmi? İkincini ora salsınlar. Nə çox beynəlxalq idman qurumlarında çirkin rüşvətxorlar, bunu da təşkil edə bilərlər. FİFA-nın biabırçı korrupsiya qalmaqallarının bənzəri çox tezliklə Beynəlxalq Olimpiya Komitəsində də üzə çıxacaq, buna əmin olun.
Söz idmana fırlanmışkan (onsuz bu saat ayrı mövzu yoxdur, əgər Ramazan fətvası da Avropa Oyunları üstündə verilirsə, biz də trendə, dəbə uyğun yaşamalıyıq), bir absurd mənzərəyə də diqqət edək. Rusiya prezidenti Putinin adından bir bəyanat oxudum, yazmışdılar ki, Putin Bakıdakı oyunları translyasiya eləmək istəməyən televiziya kanallarını tənqid edib. Təbii, Rusiya telekanalizasiyalarından söhbət gedir. Onlar büdcə azlığını bəhanə edibmiş, əslində isə təbiidir, Rusiya kanallarının nəyinə lazımdır dördüncü dərəcəli idmançıların yarışı?
Mənə sadəcə Putinin bundan narazı olması maraqlı gəldi. Görünür, yapistlər Putinə şikayət ediblər. Putinin son vaxtlar Azərbaycana yönələn isti mesajları, Qərbdə yapistlərə tənqidlərin artması fonunda rəsmi Bakının Moskva vaxtına daha çox köklənməsi xalqımıza yaxşı heç nə vəd eləmir. Ola bilsin müvəqqəti biz forposta çevrilək. Ya da Ermənistanla eyni vaxtda Rusiyanın marionet teatrında oyuncaq olaq. (“Guya haçan müstəqil idik” deyənləri eşitdim, narahat olmayın, rəyiniz nəzərə alınacaq - hamınızı XİN-də boşalan yerlərə işləməyə dəvət edirəm).
Özünü xatırladanlardan biri də baş nazirimiz, müqəddəs Artur Rasizadədir. Artur müəllim Günəş kimidir, onda vaxtaşırı protuberans tullantıları yaranır, maqnit qasırğası olur, görürsən bir ayda bir neçə qərar imzalayır. Son qərarı Sumqayıt Dövlət Musiqili Dram Teatrı haqdadır. Teatrın adından “musiqili” sözünü ləğv etmişdir. Bəs indi teatrda aktyorlar oxumayacaqmı? Niyə oxumayacaqlar? Bəyəm onlar ölkəmizdəki inkişaf, müasir fəvvarə və yol-ötürücü sistemləri haqda çalıb-oynamaq, nəğmə qoşmaq istəmirmi?
Allah sizə qənim olacaq, dayanın.
05.06.2015, 06:02
185 baxış
Zamin Hacı
Musiqisiz teatr