“Bax siz, qarşımda oturan gənc, məsum donuz balaları, bir il keçməmiş hamınızın həyatı bu hasarın çölündə sona yetəcək. Heç nə görmədən dünyadan köçüb gedəcəksiniz. Bu dəhşətli tale inəkləri, qoyunları, donuzları, toyuqları - bir sözlə, hamımızı gözləyir. Hətta atların və itlərin də bəxti gətirmir”
(Corc Oruell, “Heyvanıstan” romanından)
Avropa Oyunları yeni fürsətlər yaradıb, örnək üçün, yaxşı olar rayondan arvad alanları da paytaxta buraxmasınlar. Bunu təzə evlənənlərin sağlamlıq kağızı alması münasibəti ilə qüvvəyə minən yeni qanunun böyrünə dürtüşdürmək mümkündür.
Müğənni İlhamə xanımın məşəl daşıması ətrafında gedən ümumavropa diskussiyaları da bitmək bilmir. Dünən bu məsələyə muğamatçı Alim Qasımovun münasibətini oxudum. Alim müəllim deyir ki, o da İlhamə müəllimə ilə birlikdə məşəl daşınmasında iştirak edəcəkdir. Amma deyir mən də qaçmayacağam, yeriyəcəyəm. Olsun. İstəyirlər lap sürünsünlər. Hər kəs istədiyi hərəkət üsulunu seçmək haqqına malikdir - bizim konstitusiyada deyəsən belə yazılıbdır. Yaxşı olar Alim müəllim həmin məşəli ələ keçirmişkən yaşadığı Güzdək qəsəbəsinə də aparsın, çünki bir ara qışda yaman ağlaşma qurmuşdu, “Segah” üstündə “Azəriqaz”dan şikayətlənirdi, deyirdi bizə qaz verin, soyuqdan ölürük, ay aman, ey dadi-bidad, yar əman, əman, əman eyyyyyy.
Ümumiyyətlə, sizə deyim ki, bu məşəldaşıma işinə Alim müəllimi qoşan kimdirsə böyük səhv edibdir. Çünki bu adamın qoşulduğu ictimai işlər nəsə həmişə pis alınır. Bir növ, elə bil bunun tək oxumağı daha yaxşıdır, nəinki xorda oxumağı. Misal üçün, bir ara seçkidə YAP-a dəstək verdi, həmin vaxt Əfruz xalanın döşdüyündən bir topa bülleten tapıldı, biabırçılıq yarandı, bəzi jurnalistlər isə şəbədə qoşdular: “Deyir guya səsi görürəm, bəs seçkidə oğurlanan səsləri niyə görmürsən?”.
Daha sonra Alim müəllim başqa bir muğam ifaçısı Elnarə xanımın hansısa rayonda qazdığı bulağın açılışında çıxış elədi. Həmin tədbirə rayon icra hakimiyyəti-zad da qatılmışdı, göydən şar asmışdılar, zəhmətkeşlər əl çalırdılar. Amma muğamatçılar gedəndən sonra deyir bulaq quruyubdur. Hətta açılış günü də əslində bulaq axmırmış, gizli yerə qoyulan aftafadan su verirmişlər. Sözümün canı odur ki, Alim müəllim yerdə çömbəlib əl-qol oynadanda xalqımıza daha maraqlıdır. Beləsinə məşəl versən, onu da oynadıb qulağının dibinə aparacaq. Təhlükəlisi odur ki, tarçalanın qulağının dibinə apara bilər. Bizə bu lazımdırmı?
Lazım deyildir. Üstəlik, Avropa Oyunlarına gələn idmançılar yavaş-yavaş təyyarəyə minirlər. Misal üçün, dünən mən bir qrup macar idmançını gördüm, Budapeştdəki səfirimiz Vilayət müəllim onları şəxsən sulayıb trapa mindirirdi. Oruelli orijinaldan tərcümə eləməklə, filologiya elmləri doktoru olmaqla deyil ki? Lazım gələndə adamı yüngül atlet Boqlarka Balaş-ı daşımağa məcbur edirlər. Həyat beləcə ağırdır.
Hələ Qarabağ döyüşçülərini demirəm... Vaxtilə Ağdərədə tank vuran uşaqlar indi Avropa Oyunlarının sarı zolağının o üzündəki erməni idmançılara gül dəstələri daşıyırlar, hökumətə yaltaqlanan bəyanat verirlər. İdmanın sülh funksiyasından-zaddan qırıldadırlar. Təsəvvür elə: sənin qardaşın bir ayağını müharibədə itirib pulsuzluqdan özünü yandırır, sən isə idman ruhu haqda çərənləyirsən. Qarabağ zonasında bir el məsəli var, bu cür hallarda dəhşət uyğun gəlir: “Hərəni bir cür boğaz eləyiblər”. Bu, boğazlamaq kimisə boğmaq mənasında işlənən söz deyil. Prinsipcə, daha xoş prosesdən xəbər verir. Amerikalılar necə deyirlər? Gördün müqavimət göstərmək alınmır, zövq al.
Əlbəttə, o boyda Amerika səfiri zövq almağa başlayıbsa, repressiv bir ölkədə hansısa stadionun qayırılmasını inkişaf adlandırırsa, biz nə karəyik zövq almayaq? Özü də qabaqkı səfirlər insan haqları pozulanda yalnız narahat olurdular, təzə səfir Cekuta müəllim isə həm narahat olur, həm həzz alır. Bir növ isti-soyuq duş kimi. Deyilənə görə, belə duş sağlamlığa xeyirdir. Suyumuz gəlsəydi bilərdik.
04.06.2015, 07:01
276 baxış
Zamin Hacı
Məşəl tutanlar üçün duş