Rusiya baş naziri Dmitri Medvedyev Krımı “İqtisadi kateqoriya” kimi qiymətləndirməkdən imtina edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Medvedyev rusiyalı jurnalistlərin yarımadanın Rusiyaya birləşdirilməsinin iqtisadi nəticələri barədə sualına cavablandırarkən bildirib.
“Krım – iqtisadi kateqoriya deyil. Biz Krım haqqında danışdıqda onun tariximiz, taleyimiz və müəyyən mənada da ağrımızdır”, – deyə Rusiya hökumətinin rəhbəri vurğulayıb.
Medvedyev həmçinin ölkə əhalisinin böyük hissəsinin Krımın Rusiyaya birləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, martın 17-də Krımda referendum keçirildi. 96 faizdən çox seçici Krımın Rusiyaya birləşməsinin lehinə səs verib.