“ABŞ gözəli – 2012” və “Kainat gözəli 2012” müsabiqələrinin keçmiş iştirakçısı aktrisa Oliviya Kalpo futbolçu Kristian Makkeffri ilə evlənib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, toy modelin vətəni Rod-Aylend ştatında baş tutub. Mərasim üçün o, “Dolce & Gabbana”dan qar kimi bəyaz qapalı libas və beş metrlik duvaq seçib. Bəy mərasimə klassik qara kostyumda gəlib.
Xatırladaq ki, Olivia Kalpo 2019-cu ildən ABŞ-li futbolçu Kristian Makkeffri ilə münasibətdədir. 2023-cü ilin aprelində futbolçu ona evlilik təklifi edib.
Qeyd edək ki, 2011-ci ilin sentyabrında Olivia Kalpo “Rod Aylend gözəli – 2012” titulunu qazanıb. Modelə “ABŞ gözəli – 2012” müsabiqəsində ştatı təmsil etmək imkanı verilib və o, bundan yararlanaraq qalib gəlib. Elə həmin il o, “Kainat gözəli – 2012” tacını qazanıb.