ABŞ-ın keçmiş lideri Donald Trampın məhkəmə hökmündən verdiyi apellyasiya şikayətinə 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl baxılacağı ehtimalı azdır.
Medianews.az xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb.
Nəşrin məlumatına görə, siyasətçi hökmdən apellyasiya şikayəti verərkən istənilən cəza təxirə salına bilər və o, şikayətə baxılana qədər azadlıqda qala bilər.
Qeyd olunur ki, hazırda andlılar heyətinin qərarının prezidentlik kampaniyasına necə təsir edəcəyini söyləmək tezdir, çünki ABŞ Konstitusiyasına görə, cinayət törətməkdə təqsirli bilinən şəxsin ölkə prezidenti vəzifəsində işləməsini heç nə qadağan etmir.
Bundan əvvəl Manhetten cinayət məhkəməsinin münsiflər heyəti Trampı 34 iş üzrə biznes sənədlərini saxtalaşdırmaqda ittiham edərək təqsirli bilib. Hökm müddəti iyulun 11-nə təyin edilib.
Medianews.az