Uzun müddətdir Suriyanı bombalamaq arzusu ilə yaşayan ABŞ prezidenti Barak Obama nəhayət ki, arzusuna çatıb. Əvvəlcə İŞİD terrorçularına hərtərəfli dəstək verib Bəşşar Əsəd hökumətinin üzərinə göndərənlər, nəhayət başkəsilmə sırası öz vətəndaşlarına çatdıqda bu terrorçu dəstəsinin nə qədər təhlükəli olduğunu anladılar. Onları cəzalandırmaq üçün isə bir yerə toplaşıb koalisiya yaratdılar. Bu koalisiyanın başlatdığı əməliyyatdan hələ ki, zərər çəkən sadə vətəndaşlardır. Belə ki, dünən İŞİD-in Suriyadakı mövqelərini bombalayan ABŞ hərbi təyyarələri dinc sakinlərin yaşadıqları əraziləri də “yaddan çıxarmayıb”.
Suriya ərazisinə ən azı 160 raket zərbəsi endirilib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.