ABŞ-da Luiziana ştatından olan iki müəllim şagirdi şirnikləndirdiyinə görə həbs edilib.
Medianews.az wgno.com-a istinadla xəbər verir ki, Slidelldən olan 31 yaşlı Shelby Cavignac iyunun 26-da nəzarətə götürülüb. İstintaq onun yeniyetmələrlə cinsi əlaqədə olduğuna dair sübutlar üzə çıxarıb.
Qadın Slidell Liseyində məktəblilərlə cinsi əlaqədə olduğu üçün həbs edilən ikinci müəllimdir. Polis 35 yaşlı Aleksa Uinqerterin işi ilə bağlı araşdırma zamanı Cavignacdan da şübhələnib.
Polislər Uinqerteri mart ayında yoxlamağa başlayıblar və apreldə həbs ediblər. Məlum olub ki, Uinqerter məktəblilərə özünün çılpaq fotolarını göndərib, həmçinin onları barlara aparıb, spirtli içki verib. Bundan əlavə, qadının o vaxt 18 yaşında olan “ən azı bir tələbə” ilə yatdığına dair sübutlar var idi.
Hazırda hər iki qadınla bağlı istintaq davam edir. Onlar Slidell şəhər həbsxanasında saxlanılır.
Medianews.az