QOÇ –(Mart 21- Aprel20)
Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.
BUĞA – (Aprel 21 – May 20)
Bu təqvimdə uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Əgər başqa vaxta saxlasanız, səmərəli olmayacaq. Bağ-bağatda işləmək üçün bu təqvimin böyük əhəmiyyəti var.
ƏKİZLƏR –(May 21- İyun 21)
Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə tam ümidlə baxın.
XƏRÇƏNG ––(İyun 22 – İyul 22)
Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.
ŞİR – (İyul 23 – Avqust 23)
Bürcünüzün ən uğurlu məqamlarını yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Qonaq getmək üçün günün ikinci yarısı münasibdir. Amma hər hansı fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Ailə münasibətlərində obyektiv addım atın.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Büdcənizdə artım da mümkündür.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Axşama doğru qazanmaq ehtimalınız var.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki həftə boyu bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.