Dünya Kubokunun rekordçusu vəfat edib.
Medianews.az xəbər verir ki, Meksika və dünya futbolunun əfsanəvi adı Antonio Karbajal 93 yaşında dünyasını dəyişib.
“El Cinco Copas” kimi də tanınan Karbajal 1950-ci ildə Braziliyada, 1954-cü ildə İsveçrədə, 1958-ci ildə İsveçrədə, 1962-ci ildə Çilidə və 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kuboklarında çıxış edib. Karbajal təkbaşına 32 il bu rekorda sahib olub və Almaniyanın əfsanəsi Lotar Mattaus ilə 1998-ci ildə bu rekordu bölüşüb.
Tanınmış futbolçu ölkəsinin heyətində 48 oyuna çıxıb və klub səviyyəsində 409 oyunda iştirak edib, onlardan 11-i dünya çempionatında olub. O, 18 illik karyerasının böyük hissəsini Meksikanın Club Leon klubunda keçirib və 16 il ərzində 364 oyunda iştirak edib.
Klub bildirib ki, “La Tota”nın ailəsi ilə birlikdə azarkeşlərin ona ehtiramlarını bildirmək üçün cümə axşamı stadionun qapılarını açacaqlar.
Meksika klubunun açıqlamasında deyilir:
“Cənab Antonio, əfsanələr ölməz. Biz həmişə sizin yolunuzla gedəcəyik. Komandanızda olmaq şərəfdir. Hörmətlə, ehtiramla, məhəbbətlə, son dəfə əfsanəyə əlvida deyək”.
Aytac Şahin
Medianews.az