ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində gündə 5 dəfə Azan oxunmasına qərar verilib.
Bakupost.az xəbər verir ki, bu haqda Minneapolis şəhər bələdiyyəsi açıqlama verib.
Bunun ölkə tarixində bir ilk olduğu bildirilib.
Şəhərin Nur məscidinin mollası Mohammed Dukulfy deyib:
“Minneapolis indi bütün dinlər üçün bir şəhərə çevrilib”.
Qeyd edək ki, keçən il şəhər şurası açıq şəkildə Azan oxunmasına icazə verib. Lakin səs-küyün yaratdığı məhdudiyyətlərə görə səhər və axşam Azanı oxunmurdu.
Təxminən, yarım milyon əhalisi olan Minneapolis şəhər bələdiyyəsinin 13 üzvündən 3-ü müsəlmandır.