Müğənni Hiss növbəti dəfə Mingəçevirdə qonaq olub.
Medianews.az xəbər verir ki, sənətçi Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimində çıxış edib.
Hiss konsertdə bir-birindən hit mahnılarını ifa edib. Havanın yağışlı olmasına baxmayaraq, tamaşaçılar sevilən sənətçini sonadək dinləyib və məkanı tərk etməyiblər. İzdihamlı keçən gecə atəşfəşanlıqla bitib.
Konsertdən ən maraqlı görüntüləri təqdim edirik.