Yunanıstan Aleksandrupoli limanının özəlləşdirilməsindən imtina etmək qərarına gəlib. Həm Yunanıstan, həm də beynəlxalq medianın məlumatına görə, qərar bu həftənin sonunda rəsmən elan olunacaq. Yunanıstanın bu qərarı limanın əhəmiyyətinin artması ilə əlaqədar aldığı bildirilib.
ABŞ və İngiltərə başda olmaqla bəzi NATO ölkələrinin istifadə etdiyi və ABŞ tərəfindən Boğazlara alternativ olaraq görüldüyü iddia edilən Yunanıstandakı Aleksandrupolis limanı ilə bağlı əhəmiyyətli bir xəbər gündəm olub.
Reuters xəbər agentliyinə danışan mənbələr Yunanıstanın uzun müddətdir danışılan Aleksandrupolis limanının satışından çox güman ki, imtina etdiyini bildirib. Qeyd olunub ki, Afinanın bu qərarı Rusiyanın Ukraynaya hücumundan sonra limanın rolunun artması və “geosiyasi proseslər” səbəbilə qəbul edib.
Yunanıstanın özəlləşdirmə agentliyindən olan mənbə “Tenderin ləğv olunacağı ehtimalı var. Bu, Aleksandrupolis limanının əhəmiyyətinin artması ilə bağlıdır” deyə açıqlamasında bildirib. Başqa bir hökumət rəsmisi isə ləğvin geosiyasi hadisələrlə əlaqəli olduğunu söylədi.
Reuters şərh edib ki, Aleksandrupoli son vaxtlar mərkəzi Avropada potensial enerji mərkəzi kimi gündəmə gəlib.
Yunanıstan sentyabr ayında Aleksandrupolinin 67 faizlik payı üçün 2 təklif aldığını açıqlamışdı. Ötən il tenderdə 4 investor seçilmişdi. Reuters agentliyinin məlumatına görə, Yunanıstan hökuməti tenderlə bağlı qərarını bu həftə verə bilər.