Medianews.az Şimali Koreya dövlət mediasının məlumatına əsasən xəbər verir ki, Rusiya prezidenti Putin Şimali Koreya lideri Kimə məktubunda ikitərəfli münasibətlərin inkişaf etdirilməli olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim ÇenIna yazdığı məktubda birgə səylərlə ikitərəfli əlaqələri genişləndirmək istədiyini bildirib.
Şimali Koreya dövlət mediası Putinin Koreyanın qurtuluş günü münasibətilə Kimə məktub göndərdiyini yazıb.
Putin məktubda yazıb: “Daha aydın əlaqələr hər iki ölkənin maraqlarına uyğun olacaq və bu, həm də Şimali Koreyanın təhlükəsizliyinə, sabitliyinə kömək edəcək”.
Kimin Putinə cavab olaraq göndərdiyi məktubda Rusiya-Şimali Koreya əlaqələrinin Yaponiyanın İkinci Dünya Müharibəsinin sonunda məğlub olmasından sonra qurulduğunu ifadə edərək: “Bu strateji, taktiki əməkdaşlıq, dəstək və həmrəylikdir”.
Medianews.az