“Yuventus”un hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes İtaliya kinofestivalında görüntülənib.
“Qafqazinfo” xəbər verir ki, Corcina bir gündə pərəstişkarlarının qarşısına iki fərqli obrazda çıxıb.
Belə ki, əvvəlcə “Ermanno Scervino”dan ağ kostyum geyinən Corcina daha sonra qırmızı xalıda eyni brendin açıq-bej rəngli atlaz libasında görüntülənib. O, bəzək əşyalarını “Pasquale Bruni”dən seçib.