“Sədaqət xanımla 1969-cu ildə toyumuzu etmişik. 4 övladımız var. Deməzdim ki, indi bir yerdəyik. Düzdür, hərdən görüşürük. Həmişə onun və uşaqlarımın yanındayam”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Rəfael Dadaşov “10-dan sonra” verilişinə açıqlamasında deyib.
Aktyor keçmiş həyat yoldaşı ilə münasibətlərindən bəhs edib:
“Ailə kimi bir yerdə deyilik. Əsas odur ki, əlaqəmiz, get-gəlimiz var, oturub-dururuq. Amma ayrı evlərdə yaşayırıq”.
Qeyd edək ki, aktrisa Sədaqət Dadaşova bu yaxınlarda Türkiyədə evlilik verilişinə qatılması ilə gündəmə gəlmişdi.