Türkiyənin hava sərhəddini pozduğu üçün bu ölkənin “F-16” qırıcıları tərəfindən Rusiyanın“SU-24” hərbi təyyarəsinin vurulması ilə iki ölkə arasında başlayan gərginlik davam edərkən diqqətlər Parisdə keçiriləcək BMT-nin iqlim sammitinə yönəlib. İqlim dəyişikliyi sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyi bildirilir. Gərginlik siyasətini davam etdirən rəsmi Moskva verdiyi açıqlamadqa Paris sammitində Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla görüşmə ehtimalının olmadığını deyib. Başda Fransa prezidenti Fransua Olland olmaqla digər Avropa ölkələri dövlət başçıları iki lideri görüşdürməyə çalışacaq.
Hətta beynəlxalq ictimaiyyətin iki lideri görüşdürmək üçün rəsmi Moskvaya təzyiq göstərdiyi bildirilir. Həmçinin Olandla yanaşı Böyük Britraniyanın baş naziri Devid Kameronun və Almaniya kansleri Anqela Merkelin də görüşmələri üçün Rusiya və Türkiyə prezidentinə çağırış edəcəkləri bildirilib.
Diplomatik çevrələr Ərdoğanla Putinin görüşməməsinin dünyanın sonu olmayacağını bildiriblər.
Türkiyənin konstruktiv addımlar atmağa davam edəcəyini bildirən mənbələr, bu ölkənin yanaşma və əməkdaşlıq üçün göstərdiyi cəhdlərin beynəlxalq zəmində rəsmi Ankaranı gücləndirdiyini bildiriblər.
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. (anspress.com)
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.